Belarus prezidenti Aleksandr Lukaşenko üçüncü dünya müharibəsinin başlayacağına inanmadığını, lakin hər şeyi qabaqcadan görmək lazım olduğunu deyib.
Azpost.info xəbər verir ki, o, bu barədə jurnalistlərə Brest vilayətindəki ümumqoşun poliqonunda açıqlama verib.
“Bu gün kim deyə bilər ki, üçüncü dünya müharibəsi başlamayacaq? Biz ona həmişəkindən daha yaxınıq. Amma inanmıram ki, belə olsun. Çünki təhlükə üçüncü dünya müharibəsinin hamının və hər şeyin məhvinə gətirib çıxarmasıdır”, – Belarus prezidenti bildirib.
Azpost.info