Ucuz “Iphone”ların təqdim olunacağı tarixAÇIQLANDI

“Apple” şirkəti fevral ayında ucuz “Iphone”ların istehsal etməyə başlayacaq.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, yeni smartfon bu ilin mart ayında təqdim ediləcək.

Bu, “Iphone SE” dövründən sonra ilk ucuz model olacaq. Yeni “Iphone” zahirən “Iphone 8” modelinə bənzəyəcək.

Məlumata görə, yeni modeldə “Touch ID” quraşdırılacaq, lakin, bununla belə, “Face ID” olmayacaq. Smartfonun prosesoru hazırkı “Iphone 11” ilə eyni olacaq. Yeni modelin qiyməti barədə məlumat verilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hacı İsmayılovun bu gün 76 yaşı tamam olur:

Sonrakı məqalə

Nazirlik havanın dəyişəcəyi ilə bağlı əhaliyə müraciət edib