Hacı İsmayılovun bu gün 76 yaşı tamam olur:"Yaş keçir, o tərəfə hazırlaşırıq..."

Xalq artisti Hacı İsmayılovun bu gün 76 yaşı tamam olur.

Xalq artisti ad günü təəssüratlarını Teleqraf.com-a bölüşüb.

O, söhbətə zarafatla başlayıb: “Mənim 76 yox, 67 yaşım tamam olur… Səhər Mədəniyyət naziri Əbülfəs Qarayev məni təbrik etdi, uğurlar dilədi. Mən də hörmətli nazirimizə təşəkkür etdim.

Tanışlar, dostlar zəng edib doğum günümü təbrik edirlər. Hər şey gözəldir. Ad günümü evdə ailəmlə, nəvələrimlə qeyd edəcəm.

Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müaviniyəm. Burada da ad günümə görə bayram ab-havası var. Süfrədə gözəl təamlar düzülüb… Aş da var, dovğa da… Hamı məni ürəkdən təbrik edir.

Yavaş-yavaş yaş keçir, o tərəfə hazırlaşırıq. Saçımız ağarmağa, gözlərimiz zəifləməyə başlayıb. Amma bu, həyatın qanunudur və belə də olmalıdır. Təbii ki, Allaha şükür edirəm ki, mənə ömür verib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

500 fəhlə işdən niyə qovulub? –

Sonrakı məqalə

Ucuz “Iphone”ların təqdim olunacağı tarix