UEFA avrokubokların 1/8 finalı ilə bağlı qərarını açıqlayıb

Avrokubokların 2019/20 mövsümünün koronavirus pandemiyası üzündən baş tutmayan 1/8 final oyunlarının taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası və Avropa Liqasının yarımçıq qalan mərhələsi barədə qərarı UEFA-nın İcraiyyə Komitəsi verib.

Qurum ilk oyunu baş tutan cütlərdə cavab görüşlərinin öncədən planlaşdırılan komandanın meydanında keçirilməsini daha ədalətli hesab edib. Çempionlar Liqasının 4, Avropa Liqasının 6 cütündə baş tutacaq cavab qarşılaşmalarının hamısı azarkeşsiz keçiriləcək.

Avropa Liqasının iki cütündə isə ilk oyun da baş tutmayıb. Bu, “İnter” (İtaliya) – “Xetafe” (İspaniya) və “Sevilya” (İspaniya) – “Roma” (İtaliya) cütləridir.

UEFA həmin cütlərdə iki deyil, bir matçın keçirilməsini, həmin görüşün neytral meydanda oynanılmasını məqsədəuyğun sayıb. Bu matçlar Almaniyada təşkil olunacaq.

Qeyd edək ki, Portuqaliya Çempionlar Liqasının, Almaniya Avropa Liqasının 1/4, 1/2 və final matçına ev sahibi olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Yeltsin nə qədər desən içə bilirdi, amma…” –

Sonrakı məqalə

“İnsanları 5G ilə yox, başqa çiplə internetə qoşacaqlar” –