UEFA Millətlər Liqasının formatını dəyişib. 2020-21 mövsümündə ilk üç – A, B, C divizionun hərəsində 16 komanda mübarizə aparacaq. D divizionunda isə ən zəif 7 yığma çıxış edəcək. Hərçənd 2018-19 mövsümündə ilk iki liqanın hərəsində 12, C liqasında 15, D liqasında 16 komanda mübarizə aparmışdı. Bu islahatlar Azərbaycan yığmasına da təsir edib. D liqasında çıxış edib, qrupunda 2-ci olduğu üçün yenidən həmin divizionda çıxış etməliydi. Lakin islahatlar sayəsində millimiz C liqasına yüksəlib. (APA)