UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin püşkü atıldı –NƏTİCƏLƏR

Martın 19-də futbol üzrə UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün dörddəbir final mərhələsinin püşkü atılıb.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatmanın nəticələri aşağıdakı kimidir:

“Mançester Siti” (İngiltərə) – “Borussiya Dortmund” (Almaniya);

“Portu” (Portuqaliya) – “Çelsi” (İngiltərə);

“Bavariya” (Almaniya) – “Paris Sen-Jermen” (Fransa);

“Real Madrid ” (İspaniya) – “Liverpul” (Britaniya).

“Mançester Siti” – “Borussiya Dortmund” qarşılaşmasının qalibi yarımfinalda “Bavariya” – “Paris Sen-Jermen” görüşündə üstün olan komanda ilə üz-üzə gələcək. “Portu” – “Çelsi” cütünün qalibi isə “Real Madrid” – “Paris Sen-Jermen” duelinin qalibi ilə qarşılaşacaq.

Dörddəbir finalın ilk oyunları aprelin 6-7-də, cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək. Yarımfinal mərhələsinin ilk görüşləri aprelin 27-28-də, cavab qarşılaşmaları mayın 4-5-də oynanılacaq. Qitənin ən nüfuzlu klub turnirinin final görüşü isə mayın 29-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Qeyd edək ki, püşkatma mərasimində qonaq qismində Türkiyə millisinin sabiq futbolçusu, Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Hamit Altıntop iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“ASAN xidmət” martın 20-dən 28-nə qədər işləməyəcək –

Sonrakı məqalə

Azərbaycanda xüsusi karantin rejimi iyunun 1-dək uzadıldı