UEFA prezidenti ən yaxşı futbolçunu açıqlayıb

UEFA-nın prezidenti Aleksander Çeferin dünyanın ən yaxşı futbolçusunu açıqlayıb.

Apasport.az saytının məlumatına görə, sloveniyalı funksioner həm əvvəlki dövrün, həm də indinin ən yaxşısı barədə fikirlərini bölüşüb.

Qurum başçısı Fransa Futbol Federasiyasının qonağı olduğu vaxt yalnız bu ölkə təmsilçilərini tərifləyib: O, Lionel Messi və Kriştiano Ronaldonun adını çəkməyib: “Mənim üçün Mişel Platini öz dövrünün ən yaxşısı və ya dünyanın ən yaxşılarından biri olub. Sonralar Zinədddin Zidan də əla oyunçu olub. Mənim fikrimcə, yəqin ki, Kilian Mbappe bugünkü gündə dünyanın ən yaxşı oyunçusudur”.

Qeyd edək ki, Mbappe “Qızıl top” mükafatı uğrunda səsvermədə yalnız 9-cu olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Göyçaylı həbsdən çıxdı, evə getmək üçün Şəkidə maşını qaçırdı –

Sonrakı məqalə

Sabaha olan hava proqnozu