Sabaha olan hava proqnozu

04 Dekabr 2021 - 12:02

Sabaha gözlənilən hava şəraiti barədə məlumat açıqlanıb.

ETSN-in Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-14° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz:

Dekabrın 05-06-da Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər saatlarında duman olacağı gözlənilir.

Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 3-8° isti olacaq.