UEFA prezidenti Türkiyə – Uels oyununu izləmək üçün Bakıya gəlib

16 İyun 2021 - 16:48

UEFA-nın prezidenti Aleksander Çeferin Bakıya gəlib.

Apasport.az saytının məlumatına görə, sloveniyalı qurum başçısı AVRO-2020-nin Türkiyə – Uels oyununu izləyəcək.

Bu görüş Bakı Olimpiya Stadionunda keçiriləcək. A qrupu çərçivəsində baş tutacaq bu qarşılaşma AVRO-2020-nin ölkəmizdəki ikinci oyunu olacaq. 4 gün öncə Uels və İsveçrə arasında matç 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.