UEFA “Qarabağ” və “Neftçi”nin hesablarına 4 milyon avro keçirib

17 Sentyabr 2021 - 14:10

Cari mövsüm avrokuboklarda iştirak edən Azərbaycan klublarına UEFA tərəfindən növbəti maliyyə vəsaiti ayrılıb.

Apasport.az saytının məlumatına görə, “Neftçi” və “Qarabağ”a ayrılmış maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

“Neftçi” Çempionlar Liqası üçün 1 milyon 210 min avro əldə edib. “Qarabağ”ın Konfrans Liqasındakı qazancı 3 milyon avroya bərabər olub. Ağdamlılar əmsallar cədvəlinə görə daha 934 min 500 avro qazanıb.