“Ukrayna silahlı qüvvələri əks-hücum üçün hazırlıqları yekunlaşdırır”.
Azpost.info xəbər verir ki, Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib.
Onun sözlərinə görə, Ukrayna bütövlükdə əməliyyatın başlanmasına hazırdır: “Allahın istəyi, hava şəraiti və komandirlərin qərarı olan kimi biz bunu edəcəyik”.
Nazir əks-hücumun başlamasının dəqiq tarixini açıqlamayıb.
Mart ayında “Bild” nəşri NATO analitiklərinə istinadən yazmışdı ki, Luqansk və Zaporojye Ukraynanın əks-hücumunun əsas əraziləri olacaq və Kiyev Rusiyanın Krımla quru əlaqəsini kəsmək istəyir.
“The New York Times” isə Pentaqonun internetə sızan sənədlərinə istinadən yazıb ki, Ukrayna may ayında hücuma başlamaq üçün hər biri 4000 əsgərdən ibarət 12 briqadaya təlim keçir.
Azpost.info