Ukrayna ABŞ-ın dərhal 30 günlük atəşkəs tətbiq etmək təklifini qəbul edib.
AzPost bildirir ki, bu barədə Ciddədə keçirilən danışıqlardan sonra ABŞ dövlət katibi bəyan edib.
Rusiya təklifi qəbul edərsə, rejim uzadıla bilər.
Kiyevin yaydığı birgə bəyanatda deyilir ki, Ukrayna ABŞ-ın dərhal 30 günlük atəşkəs tətbiq etmək təklifini qəbul etməyə hazırdır.
“ABŞ Rusiyanın atəşkəs təklifinə “mümkün qədər tez” müsbət cavab verəcəyini gözləyir”-deyə Rubio bildirib.
“İndi top Rusiyanın meydançasındadır”.
Kiyev müsbət addım atıb və ABŞ ümid edir ki, ruslar buna cavab verəcəklər.
ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanının Ciddə şəhərində aparılan danışıqlar başa çatıb və çərşənbə günü davam etdirilməsi planlaşdırılmır.
Bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb.