Ukrayna Baş Prokurorun müavini təyin olunan həmyerlimiz kimin qardaşıdır? –DOSYE

Məlum olduğu kimi, Ukraynanın Baş prokuroru Ruslan Ryaboşapka əslən azərbaycanlı olan Gündüz Məmmədovu özünə müavin təyin edib. Belə ki, Ryaboşapka müvafiq əmri 18 oktyabr tarixində imzalayıb.

Azpost.info bildirir ki, Sfera.az Ukraynada yüksək vəzifəyə və etimada layiq görülmüş həmyerlimizlə bağlı araşdırma aparıb.

Məlum olub ki, Gündüz Məmmədov 1974-cü ildə Gəncə şəhərində doğulub. 1996-cı ildə İ.İ.Meçnikov adına Odessa Dövlət Univesitetini “hüquqşünaslıq” ixtisası üzrə bitirib. 1996-cı ilin oktyabr ayından 2013-cü ilin mart ayına qədər müxtəlif bölgələrdə prokuror köməkçisi, rayon prokurorunun müavini, şöbə prokuroru, şöbə müdiri, şəhər prokuroru və vilayət prokurorunun müavini vəzifələrində çalışıb.

2014-cü ildə Odessa prokuroru, 2015-ci ilin dekabr ayından Odessa vilayətinin prokurorunun müavini olub, 2016-cı ilin avqustundan Krım Muxtar Respublikasının prokuroru vəzifəsini icra edib.

Eyni zamanda o da bəlli olub ki, Gündüz Məmmədov tanınmış vəzifəli şəxsin qardaşıdır. Belə ki, onun qardaşı Elçin Məmmədov “SOCAR Energy Ukraine” şirkətinin rəhbəridir. Elçin Məmmədovun digər qardaşı isə maliyyə naziri Samir Şərifovun müşaviri Adil Məmmədovdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan XİN Avropa İttifaqının mitinqlə bağlı bəyanatına münasibət açıqlayıb

Sonrakı məqalə

Avropa İttifaqı Milli Şuranın aksiyası ilə bağlı bəyanat verdi –