Avropa İttifaqı Milli Şuranın aksiyası ilə bağlı bəyanat verdi –XİN deyilənləri rədd etdi

Avropa İttifaqı Milli Şuranın 19 oktyabr aksiyasında polisin dinc iştirakçılara qarşı zor tətbiqi faktlarını araşdırmağa çağırıb.

Azpost.info  Turan Agentliyinə istinadən bildirir ki,  bununla bağlı Avropa İttifaqının ali nümayəndəsi Federika Moqerninin mətbuat katibi  Mariya Kosyaniç bəyan edib.

O deyib ki, 19 oktyabrda Bakıda dinc aksiya zamanı onlarla şəxs saxlanılıb: “Aksiyanın dağıdılması zamanı baş verən zorakılıqlar araşdırmalıdır”. Aİ həmçinin hakimiyyəti həbs edilmş  nümayişçiləri azad etməyə çağırıb: “Biz gözləyirik ki, Azərbaycan toplaşmaq azadlığı ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcək”.

Azərbaycan Xarici İşlər Nazirliyi  Avropa İttifaqının bəyanatında qeyd olunanları rədd edib: “Avropa İttifaqının bəyanatında onlarla insanın saxlanması barədə verilən məlumat yalandır. Qanunsuz aksiya keçirən şəxslərin əksəriyyəti rəsmi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb” –deyə XİN  Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Avropa Ittifaqının bəyanatına münasibət bildirərəkən deyib: “Azərbaycanda sərbəst toplaşma azadlığı təmin olunub. Milli Şuranın oktyabrın 19-da saat 15-dən 17-dək mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən baxılıb. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndinə əsasən, metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağan edildiyindən Şəhər İcra Hakimiyyəti tərəfindən mitinqin qeyd olunan vaxtda Bakı şəhəri Lökbatan qəsəbəsi 28 May küçəsindəki “Neftçi” idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsi təklif olunub. Buna baxmayaraq, şəhərin mərkəzi hissəsinfə qanunsuz aksiyanın keçirilməsinə cəhd olunub”.

Onun sözlərinə görə, polis qurumları tərəfindən qanunsuz aksiyanın qarşısı alınıb. Belə ki, polis kübar və mədəni davranış nümayiş etdirib, heç bir insan xəsarət almayib.

Avropa İttifaqı tərəfindən bu gün Barselonada baş verən hadisələrə, o cümlədən din nümayişçilərə qarşı polis tərəfindən rezin güllələrdən istifadə olunması, mətbuat nümayəndələrinin döyülməsi, həddən artıq şiddətdən istifadə olunması hallarına nəzər yetirilməsi yaxşı olardı.

Fransada aylar ərzində nümayişçilərə qarşı tətbiq olunan polis qəddarlığı bütün insani davranış normalarını aşıb. 11 nəfər ölbürülüb, minlərlə insan xəsarət alıb. Gözlərini itirmiş, şikəst olmuş insanlar vardır. Təəssüf ki, bu kimi hallarda da ikili standartlar tətbiq edilir. Polisin mədəni davranışına xələl gətirilir. Avropa İttifaqı tərəfindən öz burnunun ucunda olan hadisələrə göz yumulur. Azərbaycanla bu dildə və tərzdə danışmağa icazə verilə bilməz”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ukrayna Baş Prokurorun müavini təyin olunan həmyerlimiz kimin qardaşıdır? –

Sonrakı məqalə

Ağsuda faciə –