Ukrayna Belarusla vizasız rejimi ləğv etməyə hazırlaşır- Zelenski göstəriş verdi

Ukrayna prezidenti Vladimir Zelenski Belarusla vizasız rejimin ləğvi ilə bağlı petisiyaya cavab verib və hökumətə bu məsələyə baxmağı tapşırıb,

Azpost.info xəbər verir ki, bu barədə TASS Ukrayna prezidentinin saytında dərc olunmuş məlumata istinadən yazıb.

Elektron formada olan petisiyanı 25 339 vətəndaş dəstəkləyib. Tələb olunan imza sayı 25 000 idi.

Ukrayna lideri qeyd edib ki, hazırda dövlətlər arasında sərhəddə yalnız bir keçid məntəqəsi var. Bu da Volın vilayətində Belarusdan qayıdan ukraynalıların keçidi üçün məhdud rejimdə fəaliyyət göstərən məntəqədir.

Azpost.info

Əvvəlki məqalə

“Ukraynada ədalətli sülhə diplomatiya yolu ilə nail olmaq olar”

Sonrakı məqalə

Qida məhsulları üzərində məlumatlarla bağlı yeni tələblər qüvvəyə minir