Ukrayna bu gün “Patriot” sistemi ilə Rusiyanın 10 “Kinjal” raketini vurub

Ukrayna HHQ-i bu gün Rusiyanın 10 “Kinjal” raketini vurub.

Azpost.info bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı X sosial şəbəkəsindəki paylaşımında bildirib.

“Bu gün Ukraynanın Hərbi Hava Qüvvələri “Patriot” sistemindən istifadə etməklə Rusiyanın 10 ədəd Kh-47M2 Kinjal aeroballistik raketini  vurub. Bu, rekord göstəricidir. Əgər raketlər hədəfi vursaydı, nəticələri fəlakətli olardı”-deyə o  qeyd edib.

Zalujnı vurğulayıb ki, Ukraynanın düşmən hücumlarının effektiv qarşısını almaq üçün daha çox “Patriot” hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var. Onun sözlərinə görə, bu gün Kiyevi fəlakətdən xilas edən məhz bu sistemlər olub.

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.