Ukrayna Çeçenistanda Putin adına hərbi universitetə PUA zərbəsi endirib

Tatarıstana
Tatarıstana

Ukrayna Çeçenistanda Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetinin binasına PUA zərbəsi endirib.

Azpost.info bildirir ki, bu barədə Çeçenistanın başçısı Ramzan Kadırov məlumat verib.

Onun sözlərinə görə, Qudermesdə yerləşən Universitetə hucum oktyabrın 29-da səhər baş verib.

Kadırovun sözlərinə görə, basqın nəticəsində binanın dam örtüyü yanıb. Ölən və xəsarət alan yoxdur. Yanğın tez bir zamanda söndürülüb.

İstintaq orqanları hadisə ilə bağlı araşdırmalara və cinayəti törədən şəxslərin müəyyən edilməsinə başlayıb. Ali məktəb fəaliyyəti dayandırılmayıb, bütün xidmətlər normal rejimdə işləyir.

Oktyabrın 29-da səhər saatlarında Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin PUA -larla Rusiya regionlarına gecə hücumları ilə bağlı hesabat dərc edib. Orada Çeçenistanın adı olmayıb.

Çeçenistan rəhbəri Ramzan Kadırov Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinə (RUS) PUA hücumuna cavab olaraq qisas alacağını vəd edib. Bu barədə TASS məlumat yayıb.

“Onlar bizi dişlədi, biz onları məhv edəcəyik. Onların heç ağlına da gətirmədiyi  bir cəza verəcəyik. Heç kimin bizimlə zarafat etməsinə icazə verməyəcəyik”, – deyə siyasətçi jurnalistlərin cavab tədbirləri ilə bağlı sualını cavablandırıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.