“Ukrayna dünya xəritəsindən silinə bilər”- MEDVEDEV

“Bütün baş verənlərin nəticəsində Ukrayna dövlət suverenliyinin qalıqlarını itirə və dünya xəritəsindən silinə bilər”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında yazıb.

Medvedev əlavə edib ki, 2014-cü il çevrilişindən sonra Ukrayna dövlət müstəqilliyini itirib və Qərb dövlətlərinin təsiri altına düşüb: “Ukrayna NATO-nun onun təhlükəsizliyini təmin edəcəyinə inanırdı…”.

Onun sözlərinə görə, ukraynalı cinayətkarlar Ukrayna və Rusiya xalqına qarşı vəhşiliklər törətdiblər. Və buna görə mühakimə olunmalarında Rusiyanın günahı yoxdur.

Azpost.info

Əvvəlki məqalə

Teymur Rəcəbov Azərbaycan millisinin tərkibində Olimpiadaya qatılmaqdan imtina edib

Sonrakı məqalə

İtaliyanın Baş naziri Mario Draqi istefa verib