Ukrayna Gürcüstandan sabiq prezident Mixeil Saakaşvilini həbsdən azad etməyi tələb edib.
Azpost.info bildirir ki, bu barədə teleqram kanalında hakim “Xalqın qulluqçusu” partiyasının Ali Radadakı fraksiyasının lideri David Araxamia bildirib.
Onun sözlərinə görə, Gürcüstan Ukrayna ilə münasibətləri normallaşdırmaq üçün 2023-cü ildə bərpa olunan Rusiya ilə uçuşları dayandırmalı və eks-prezident Mixail Saakaşvilini həbsdən azad etməlidir.
David Araxamiayanın fikrincə, əgər Gürcüstan Ukrayna vətəndaşı olan Mixail Saakaşvilini azad edib Ukraynaya qaytararsa, Rusiya ilə bərpa edilmiş hava əlaqəsini kəsərsə və Moskvaya sanksiyalardan yayınmaqda kömək etməyi dayandırarsa münasibətlərin normallaşması asan olacaq.
“Əgər biz həqiqətən normallaşmadan danışırıqsa, onda bunun üçün bir plan var: vətəndaşımız Mixail Saakaşvilini həbsdən azad edib geri qayıtmaq, Rusiya ilə birbaşa uçuşları dayandırmaq”, – o yazıb.
Bundan əlavə, Araxamiaya görə, Tbilisi Rusiyaya Qərb sanksiyalarından yayınmaq üçün kömək etməyi dayandırmalıdır. Hazırda hər iki ölkədə diplomatik nümayəndəliklərin başında səfir yoxdur.