“Ukrayna hələ iki minə yaxın yaşayış məntəqəsini azad etməlidir”- ZELENSKİ

“Ukrayna Rusiyanın işğal etdiyi 2000-ə yaxın kənd və şəhəri azad edib bərpa etməlidir”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“Ümumilikdə, azad edib bərpa etməli olduğumuz daha iki minə yaxın şəhər və kənd var. Onların arasında Mariupol və ya Volnovaxa kimi Rusiya ordusunun zərbələri nəticəsində tamamilə məhv edilənlər də var. Söhbət böyük şəhərlərdən, kiçik qəsəbələrdən, bir neçə evdən ibarət qəsəbə və kəndlərdən gedir”, – Ukrayna lideri bildirib.

Zelenski xatırladıb ki, Ukrayna Silahlı Qüvvələri bugünədək 1800-dən çox yaşayış məntəqəsini azad etməyə nail olub.

Azpost.info

Əvvəlki məqalə

Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Forumunda iştirak edib

Sonrakı məqalə

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə əsas dəyişikliklər açıqlanıb