“Kiyev rejiminin bəyanatları və istəkləri Ukrayna ilə danışıqları bərpa etmək şanslarını azaldır”.
Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
Rudenko qeyd edib ki, Kiyev hakimiyyəti yalnız Krımı və Donbası aldıqdan sonra danışıqlara başlamağa hazır olacaqlarını söyləməkdə davam edir: “Beləliklə, dialoqun bərpası şansı sıfıra bərabərdir”.
XİN rəsmisi qeyd edib ki, Rusiya Kiyevlə danışıqlara hazırdır. Bir şərtlə ki, bunu Ukrayna istəsin və yeni reallıqları nəzərə almış olsun.
Azpost.info
