Ukrayna ilə Rusiya əsirləri dəyişdirib –

70 nəfər azad olunub
07 Sentyabr 2019 - 15:21

Ukrayna ilə Rusiya arasında əsir və girovların mübadiləsi çərçivəsində hər iki tərəfdən ümumilikdə 70 nəfər azad olunub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bildirib.

“Mübadilə 35-ə 35 düsturu ilə həyata keçirilib. Rusiya tərəfindən 35 və Ukrayna tərəfindən 35 nəfər sərbəst buraxılıb”, – deyə o bildirib.