“Fotoxronika”: ABŞ əsgərinin quyudan çıxardığı Səddam Hüseyn –Ölkəsini quyuya salan qurbanlıq liderlərin qüssəli aqibəti

Azpost.info  oxucularına “Fotoxronika” rubrikasını təqdim edir.

Burada sizə ölkəmizin, keçmiş SSRİ-nin və dünyanın ictimai-siyasi tarixində izini qoymuş məşhur hadisələri, onların qəhrəmanları, dövrün məşhur xadimləri əks olunan şəkilləri  təqdim olunacaq.

Tarixin verdiyi şans hər bir xalqın nəyə qadir olmasını nümayiş etdirir.
Yaxın Şərq liderləri SSRİ və ABŞ-ın qarant verdiyi beynəlxalq sülh dönəmində öz dövlətlərini qura bilmədilə
r: Dəli Qəddafi “yaxşı padşah” olmaq istədi, Kobud Səddam “heç kimin qabağında yeməyən cəsur oğlan”. Qəddar Hafiz Əsəd öz xalqını 35 il fövqəladə rejimdə idarə elədi. Direktivlə işləyən Mübarək isə dünyaya poqonlarından baxdı.
Ölkələrində nə normal siyasi elita, nə ağıllı politoloq, nə sabaha inan gənc,nə də xoşbəxt olacaq körpə doğuldu..

Yedilər, içidlər, oynadılar, danışdılar, güldülər… Getdilər… Amma DÖVLƏT qurmadılar…

Oxuculara bu ibrətli fotonu təqdim edirik:

FOTO: İraq. 13 dekabr 2003-cü il. ABŞ əsgərləri İraq prezidenti Səddam Hüseyni gizləndiyi quyudan çıxarırlar.

Səddamı ilk dindirən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin müstəntiqi Con Nikson olub. 10 il sonra -2013-cü ildə çap etdirdiyi kitabında o, bu istintaq barədə detalları açıqlayıb. İstintaq zamanı Səddam deyib ki, Ben Laden və “Əl Qaidə” ilə heç bir əlaqəsi yoxdur. 11 sentyabr hadislərinə toxunan Səddam deyib: “Baxın görün bu terrorçular hansı ölkədən gəliblər? Səudiyyə Ərəbistanı və Misirdən. Axı siz mənim onlarla əlaqəli olduğumu hardan götürmüsüz?”.

2006-cı ildə ABŞ Senatının açıqladığı rəsmi hesabatda etiraf olundu ki, Səddam Hüseynin “Əl Qaidə” ilə heç bir bağlantısı olmayıb. Səddam hətta 1995- ci ildə Ben Ladenin köməklə bağlı təklfini rədd edibmiş.

MKİ-nin müstəntiqi Nkson ABŞ prezidenti Corc Buşla Oval kabinetdəki söhbətini də yazıb: “Mən Oval kabinetdən çıxarkən Buş soruşdu: “O, dəqiq demədi də, Sibir xorası ilə bağlı sınaq şüşələrini harda saxlayır?”. Otaqdakıların hamısı güldülər. Məncə, bu sözlər yersiz idi. Çünki Amerika bu müharibədə 4 min əsgərini itirmişdi….”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabahdan hava soyuyur –  

Sonrakı məqalə

Ukrayna ilə Rusiya əsirləri dəyişdirib –