Ukrayna Avropa İttifaqını İrana qarşı sanksiya tətbiq etməyə çağırıb.
Azpost.info bildirir ki, bununla bağlı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Aİ-dəki həmkarlarına müraciət edib. Kiyev İranı Rusiya ilə birgə hərbi cinayətlərdə iştirakda ittiham edib.
“İrana qarşı sərt sanksiyalar bu ölkənin Rusiyaya verdiyi “yer-yer” tipli ballistik raketlərin verdiyi barədə məlumatlar fonunda xüsusi aktuallıq kəsb edir”-deyə XİN bəyan edib.
Ukrayna Tehrandan Rusiyaya hər hansı silah ötürülməsini dərhal dayandırmağı tələb etdi. Kiyev əks-təqdirdə ən sərt cavab veriləcəyi ilə hədələyib.