“Ukrayna limanlarından ixrac edilən taxıl yoxsul ölkələrə yox, Avropaya gedir”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bugünkü çıxışında deyib.
“Biz bu barədə danışırıq, danışırıq. Hər şey əbəsdir, heç kim eşitmir. Sentyabrın 23-nə Ukrayna limanlarını tərk edən 203 gəmidən yalnız 4-ü BMT-nin yardım proqramı çərçivəsində yoxsul ölkələrə gedib”, – Putin bildirib.
Onun sözlərinə görə, sentyabrın 26-dan etibarən göndərilən 46 gəmidən 14-ü təyinat yeri olaraq Türkiyəni göstərib, qalan 32 gəmidən 25-i Avropa İttifaqına gedib. Onlar məgər kasıb ölkələrdir?”.
Putin onu da qeyd edib ki, Rusiya taxılının və gübrələrinin ixracı hələ də Qərbin sanksiyaları ilə əngəllənir və bu, qlobal ərzaq böhranı təhlükəsi yaradır.
Azpost.info
