Ukrayna Lukaşenkonun atəşkəslə bağlı təklifini rədd etdi

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak Belarus lideri Aleksandr Lukaşenkonun atəşkəslə bağlı təklifini rədd edib.

Azpost.info xəbər verir ki, o, bu barədə “Tviter”də yazıb.

Onun sözlərinə görə, bu, Rusiyanın işğal olunmuş ərazilərdə qalmaq hüququ demək olacaq ki, buna da yol vermək olmaz.

“İstənilən atəşkəs Rusiyanın işğal olunmuş ərazilərdə qalmaq hüququnu ifadə etmiş olur. Buna qəti şəkildə yol vermək olmaz”, – Podolyak yazıb.

Azpost.info

Əvvəlki məqalə

“Kərim danışa bilmir, ətrfındakıları tanımır” –

Sonrakı məqalə

Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatıb