Rusiya hakimiyyəti Hindistanda istehsal olunan sursatların Avropa vasitəsilə Ukraynaya tədarükü ilə bağlı narahatlığını Yeni Dehlinin diqqətinə çatdırıb.
Azpost.info xəbər verir ki, Hindistanın “The Economic Times” nəşri yazır ki, Ukrayna Silahlı Qüvvələri ötən ilin sonlarına yaxın Hindistandan 155 mm-lik artilleriya mərmiləri alıb.
Hindistan Ukraynaya silah-sursat verən ölkələr sırasında deyil. Ehtimal edilir ki, sursat üçüncü tərəf kimi Sloveniya və ya Polşa tərəfindən göndərilib.
Nəşrə danışan mənbələr deyirlər ki, Ukrayna ordusuna silah-sursat çatması məsələsini ölkənin təhlükəsizlik orqanları öz üzərinə götürüb. İddialara görə, Qərb dövlətlərindən biri Hindistandan 155 mm-lik artilleriya mərmiləri alıb və onları NATO üzvü olan Avropa dövləti vasitəsilə Ukraynaya çatdırıb.
Azpost.info