Ukrayna Rusiyanın hucumunu dayandırıb.
Azpost.info bildirir ki, bu sözləri Ukrayna prezidenti Zelenski Fransanın “Le Mond” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, cəbhədə hərbi vəziyyət son 3 ayda olduğundan xeyli yaxşıdır: “Mən yüksək rütbəli hərbçilərlə görüşdən təzə qayıtmışam. Cəbhədə vəziyyət son üç ayda olduğundan xeyli yaxşıdır. Biz Rusiya HHQ-nə qarşı yaxşı iş apardıq. Şərqdə vəziyyəti bərpa etdik, rusların hucumu dayandırıldı”.
Zelenskinin sözlərinə görə, ruslar Avdeevkanı dağıdıb ərazini ələ keçirsələr də bu gün çoxlu sayda təyyarə itirərək artıq irəliləyə bilmirlər: “Qara dənizdə güclü tədbirlər həyata keçiririk. Təfərrüata varmayacağam, amma çox əhəmiyyətli müsbət nəticələr göstərən bir hesabat aldım”.
Zelenski həmçinin deyib ki, Ukraynanın artilleriya sursatları, HHM sistemləri, uzaq mənzilli raketlər və PUA-lar sarıdan çətinlikləri var.