Ukrayna Prezidenti Donbassa getdi, cəbhə xəttində hərbçilərlə görüşdü

08 Aprel 2021 - 12:36

Ukrayna Prezidenti Vladimir Zelenski Donbassa səfər edib.

RİA “Novosti”nin məlumatına görə,Ukrayna Prezidenti cəbhə bölgəsində mövqelərə baş çəkəcək, təmas xəttində vəziyyətin gərginləşməsi fonunda hərbçilərlə görüşəcək.

Xatırladaq ki, son günlər Ukraynanın şərqində vəziyyət gərginləşib. Ukrayna Müdafiə Nazirliyi separatçıların atəşkəsi pozması nəticəsində iki ukraynalı hərbçinin həlak olduğunu açıqlayıb.