Ukrayna Prezidenti Vladimir Zelenski Polşaya səfərə gedib

03 May 2021 - 15:12

Ukrayna Prezidenti Vladimir Zelenskinin Polşaya səfəri başlayıb.

Zelenski Polşa, Litva, Latviya və Estoniya prezidentləri ilə birlikdə Polşa Konstitusiyasının yaradılmasının 230 illiyi mərasimində iştirak edəcək.

Qeyd edək ki, 1791-ci ildə qəbul olunan Polşa-Litva İttifaq Dövlətinin Konstitusiyası Avropada ilk yazılı konstitusiyadır.

Bundan başqa, səfər çərçivəsində Zelenski Varşavada 4 ölkə prezidentlərinin iştirakı ilə təşkil olunan foruma qatılacaq, o cümlədən Polşa rəhbəri ilə ikitərəfli görüş keçirəcək. Görüşlərdə Avropanın gələcəyi, atılacaq birgə addımlar, Ukrayna-Polşa münasibətləri müzakirə ediləcək.

Emil Hüseynli