Ukrayna prezidenti:  “Putinlə birgə verdiyimiz vədi yerinə yetirdik”

Rusiya Prezidenti Vladimir Putinlə birgə əsirlərin dəyişdirilməsi üçün lazım olan bütün səyləri göstərdik.

Azpost.info Azərtac-a istinadən xəbər verir ki, bu fikri əsirlərin qarşılanmasında iştirak edən Ukrayna Prezidenti Vladimir Zelenski “Borispol” Beynəlxalq Hava Limanında keçirdiyi brifinqdə deyib. “Putinlə birgə danışıqlarımızda verdiyimiz vədi yerinə yetirdik”, – deyə Zelenski əlavə edib.

Prezidentin sözlərinə görə, əsir və girovların dəyişdirilməsi üçün Ukrayna və Rusiyanın birgə işçi qrupu yaradılıb, müvafiq işlər həyata keçirilir. “Bütün əsir və girovların dəyişdirilməsi prosesi davam edəcək. Sonra sülhə nail olunması prosesi gedəcək”, – deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, bu gün Ukrayna ilə Rusiya arasında əsir və girovların dəyişdirilməsi prosesi baş tutub. Ukraynanın 35, Rusiyanın isə 33 əsir və girovu qaytarılıb.

Xatırladaq ki, Vladimir Putin və Vladimir Zelenski iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində əsirlərin dəyişdiriləcəyi barədə açıqlama vermişdilər. ABŞ Dövlət Departamenti əsirlərin dəyişdirilməsi prosesini alqışlayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əli Əhmədov uşaqpulunun bərpasından danışdı:

Sonrakı məqalə

Rusiya MSK-nın sədrinə hücum edən şəxs saxlanılıb