Prezident Putin FTX -nın idarə heyətində çıxışında Rusiya kəşfiyyat xidmətlərini Ukraynanın təxribat və kəşfiyyat qruplarına qoşulan satqınları unutmamağa çağırıb.
Azpost.info RBC-ya istinadən bildirir ki, Putin FTX-dan bu fəaliyyət sahəsinə kifayət qədər diqqət yetirməyi tələb edib. “Sizdən xahiş edirəm ki, onların kim olduqlarını unutmayasınız, adları ilə tanıyasınız. Harada olurlarsa olsunlar, biz onları cəzalandıracağıq.Biz bunu heç vaxt bağışlamayacağıq”, – deyə Putin bildirib.
Putinin sözlərinə görə, “təxribat və terrorçu dəstələrin” Rusiya ərazisinə soxulmaq cəhdləri uğursuz alınıb.
“Düşmənin nizami bölmələrinin, xarici muzdlulardan ibarət təxribat və terrorçu dəstələrinin ərazimizə soxulmaq cəhdləri uğursuz olub”.
Putin həmçinin Ukrayna hakimiyyətini Qərbin dəstəyi ilə terror metodlarına keçməkdə ittiham edib. Prezident bildirib ki, bura dinc şəhərlərin atəşə tutulması, dövlət rəsmilərinə və ictimai xadimlərə sui-qəsd cəhdləri, Rusiyanın mühüm infrastrukturuna təxribat və terror aktları törədənləri cəlb etmək cəhdləri daxildir.
Azpost.info