“Ukraynada hələ də kifayət qədər Qərb silahları yoxdur, ona görə də Kiyevin taktikanı dəyişməyə ehtiyacı var”.
Azpost.info xəbər verir ki, bu barədə CNN yazır.
“Hazırda sürətli hücum əməliyyatları Ukrayna Silahlı Qüvvələri üçün əlçatmazdır. Kiyevdə hava qüvvələri yoxdur, ukraynalılar irəliləmək üçün kiçik mobil piyada qruplarından istifadə edərək ən yaxşı bildikləri döyüş tərzinə qayıdıblar”, – CNN bildirir.
Məlumatda o da qeyd olunur ki, Rusiya yeni şərtlərə uyğunlaşıb, gələn il onun müdafiə büdcəsinin 70 faiz artacağı gözlənilir. Bundan başqa, Rusiya Silahlı Qüvvələri Ukraynanın enerji infrastrukturunu məhv etmək üçün növbəti əməliyyata başlaya bilər.
Azpost.info