Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Ukrayna Rusiyanın neft emalı zavodlarını vurub –

User 29 Aprel 2026 - 11:57 (Last updated: 29 Aprel 2026 - 11:57)
rus zerbe

Ukrayna ordusu Rusiyanın Orsk və Perm şəhərlərinə pilotsuz uçuş aparatları ilə zərbə endirib.

Orsk şəhərinin meri Artyom Vorobyov hücumu təsdiqləyərək sakinləri küçəyə çıxmamağa çağırıb.

Məlumata görə, Ukrayna sərhədindən təxminən 1400 kilometr məsafədə yerləşən Orskda Rusiyanın ən iri neft emalı müəssisələrindən hesab olunan “Orsknefteorqsintez” zavodu dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb.

Bildirilir ki, zavod ildə təxminən 6 milyon ton neft emal edir və Rusiyanın mühüm enerji obyektlərindən biri sayılır.

Eyni zamanda, PUA-ların Rusiyanın Perm diyarına hücum etdiyi bildirilib. Perm diyarının qubernatoru Dmitri Maxoninin sözlərinə görə, bu gün Perm bələdiyyə dairəsində yerləşən sənaye sahələrindən birinə Ukraynanın pilotsuz uçuş aparatı düşüb. Belə ki, işçilər təxliyə olunub, xəsarət alan olmayıb, obyektdə isə yanğın baş verib.

O qeyd edib ki, hadisə yerində fövqəladə xidmət orqanları çalışır və regionda PUA hücumu təhlükəsi rejimi qüvvədə qalır.

Sosial şəbəkələrdə yayılan məlumatlarda isə yanğının Rusiyanın “Transneft” neft kəməri şirkətinə aid obyektdə baş verdiyi iddia olunur.

Yerli sakinlər isə Perm yaxınlığındakı Başkultayevo kəndində yerləşən sənaye meydançasında güclü yanğın baş verdiyini bildiriblər. Əraziyə çox saylı yanğınsöndürmə və təcili yardım maşınlarının cəlb edildiyi qeyd olunur.

Rusiya mediasının məlumatına görə, təhlükəsizlik məqsədilə Orsk hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb. Həmçinin, Perm və Yekaterinburq hava limanlarında “Xalça” rejimi tətbiq olunub.

AzPost.az

Post navigation

Previous: 3 ayda 11 min nəfərə onlayn qaydada pensiya təyin olunub
Next: Şahin Mustafayev Ermənistanda səfərdədir –

Oxşar xəbərlər

erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.