Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Ukrayna Rusiyanın strateji Taman limanına zərbə endirdi

User 30 İyul 2026 - 16:00 (Last updated: 30 İyul 2026 - 15:56)
taman

Ukrayna Silahlı Qüvvələri iyulun 30-na keçən gecə Rusiyanın Krasnodar diyarında yerləşən və ölkənin cənubundakı ən böyük limanlardan biri hesab edilən Taman dəniz limanına zərbə endirib.

Azpost.info bildirir ki, bu barədə Rusiyanın Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində liman infrastrukturuna ziyan dəyib, həmçinin xəsarət alanlar var.

Kuban Operativ Qərargahı bildirib ki, Temryuk rayonunun Volna qəsəbəsində yerləşən müəssisənin ərazisinə pilotsuz uçuş aparatının qalıqlarının düşməsi nəticəsində yanğın baş verib. Həmin ərazidə Taman limanının neft məhsulları və quru yük terminalları yerləşir.

İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb, onlardan 3-ü xəstəxanaya yerləşdirilib.

NASA-nın FIRMS peyk monitorinq sistemi Taman limanında, həmçinin “Tamannefteqaz” dəniz neft terminalında yanğınların baş verdiyini qeydə alıb. İllik ötürmə gücü təxminən 20 milyon ton olan bu terminal OTEKO şirkətlər qrupu tərəfindən idarə olunur.

Bundan başqa, bitki yağları istehsal edən və ixrac edən EFKO Qida İnqrediyentləri şirkətinin obyektlərində də yanğın baş verdiyi bildirilir.

Reuters agentliyinin mənbələri EFKO-nun bitki yağlarının yüklənməsi terminalına zərbə endirildiyini təsdiqləyiblər. Məlumata görə, illik gücü 5,5 milyon ton olan Taman Taxıl Terminal Kompleksi də zədələnib.

Qeyd edək ki, Taman limanı Kerç boğazının donmayan akvatoriyasında yerləşən və Rusiyanın cənubunda əsas nəqliyyat-logistika mərkəzlərindən biri hesab olunur. Liman vasitəsilə neft məhsulları, mayeləşdirilmiş qaz, kömür, kükürd, taxıl, bitki yağları və mineral gübrələr ixrac edilir.

İllik yük dövriyyəsi 90 milyon tondan çox olan Taman limanı yükdaşıma həcminə görə Azov-Qara dəniz hövzəsində Novorossiysk limanından sonra ikinci yerdə qərarlaşır.

AzPost.az

Post navigation

Previous: ABŞ-İran gərginliyində yeni mərhələ –
Next: Toyların əfsanəvi mahnısı “Dolya vorovskaya” nın sirri –

Oxşar xəbərlər

abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.