Ukrayna Silahlı Qüvvələri Rusiyanın neft bazasına zərbə endirib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Rostov vilayətində neft bazasına hücum edib.

Kamenski rayonunun Molodejnı kəndi yaxınlığında yerləşən neft bazasına hücum gecə saat 3 radələrində baş verib.

Hücum zamanı iki pilotsuz təyyarə neft bazasının ərazisinə düşüb. Yanğın başlayıb.

Ölən və yaralananların olmadığı bildirilir. Hazırda iki yanğınsöndürən briqadası hadisə yerindədir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.