Ukrayna təyyarəsinin İranda raketlə vurulduğu an –SEPAH videonu çəkəni həbs etdi (VİDEO)

Ukrayna Hava Yollarına məxsus “Boeing 737” sərnişin təyyarəsi Tehranda iki raketlə vurulub.

Bu barədə “New-York Times” informasiya yayıb. Nəşrin hadisənin şahidi olan bir iranlı tərəfindən çəkilən videonu analiz etməsi nəticəsində təyyarənin 30 saniyə fasilə ilə iki raket hücumuna məruz qaldığı ortaya çıxıb. Xəbərdə raketlərin 13 km məsafədə yerləşən hərbi bazadan çıxdığı qeyd olunub. İlk raket hədəfə çatdıqdan sonra təyyarənin transponderi (peyk alış-verişi) sıradan çıxıb.

Məhz bu görüntülər təyyarənin səhvən vurulması variantını şübhə altına alır.

Qeyd edək ki, Tehrandan Kiyevə getmək üzrə havaya qalxan “Boeing 737” tipli sərnişin təyyarəsi İranın hava hücumundan müdafiə kompleksləri tərəfindən vurulmuşdu. Nəticədə, 176 nəfər həlak olmuşdu. Onlardan 82-i iranlı, 63-ü kanadalı, 11-i ukraynalı, 10-u isveçli, 4-ü əfqan, 3-ü alman, 3-ü isə ingilis olub. İran rəsmiləri təyyarənin səhvən vurulduğunu qəzadan 3 gün sonra etiraf etmişdi. (publika.az)

Ukrayna təyyarəsinin vurulma anını lentə alan şəxs artıq həbs edilib.

İslam İnqilabı Keşikçiləri Korpusu Tehranda Ukraynaya məxsus “Boinq” sərnişin təyyarəsinə raket zərbəsi endirildiyi anın görüntüsü olduğu ehtimal edilən videonu çəkib yayan şəxsi saxlayıb. (bakupost)

“Fars” agentliyinin məlumatına görə, saxlanılan şəxslə bağlı araşdırma aparıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək.

https://youtu.be/9atC-XL-cUU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Böyük Britaniyanın İrandakı səfiri ölkəni tərk edib

Sonrakı məqalə

Ombudsman 20 Yanvar faciəsi ilə bağlı bəyanat verib