Ukrayna tibbi marixuananı leqallaşdırmağa hazırlaşır. Ali Radanın müvafiq komitəsi Ukraynada marixuananın leqallaşdırılması ilə bağlı qanun layihəsi üzərində işi başa çatdırıb.
Bu barədə yerli mətbuata müsahibəsində Ali Radanın Səhiyyə komitəsinin üzvü, qanun layihəsinin müəlliflərindən biri olan Olqa Stefanişina məlumat verib.
Qanun layihəsi marixuananın istehsalı, ondan tibbi dərman kimi istifadəsi və nəzarət mexanizmini tənzimləyir. Qanun layihəsinə görə, marixuananın dövriyyəsinə və istifadəsinə Ukraynanın Səhiyyə və Daxili İşlər nazirlikləri nəzarət edəcək.