Ukrayna Türkiyədən 50-yə yaxın “Bayraktar” alıb

Ukrayna ordusu fevralın 24-dən bugünədək Türkiyədən 50-yə yaxın “Bayraktar” pilotsuz uçuş aparatı alıb.

Bu barədə müdafiə naziri Aleksey Reznikov “Facebook” səhifəsində məlumat yayıb.

“Təkcə fevralın 24-dən Müdafiə Nazirliyi ordumuza 50-dək “Bayraktar” pilotsuz uçuş aparatlarını istifadəyə verib. Artıq daha bir neçəsinin müqaviləsi bağlanıb və pulu Müdafiə Nazirliyi tərəfindən ödənilib. Onların iyul ayında Ukraynaya gətiriləcəyini gözləyirik”, – deyə nazir bildirib.

Reznikovun sözlərinə görə, Ukrayna daha onlarla pilotsuz uçuş aparatı sifariş edəcək(azərtac).

Əvvəlki məqalə

Bakıda məktəbdə yanğın söndürülüb

Sonrakı məqalə

Bakıda həkimin intiharı ilə bağlı cinayət işi başlanıb