Ukrayna üçün “Starlink” peyk xidmətinin xərcini Pentaqon ödəyəcək- "Financial Times"

Ukrayna əsgərləri və mülki şəxslər Rusiyanın hərbi müdaxiləsindən sonra ölkənin rabitə ilə təmin edilməsində mühüm rol oynayan İlon Maskın “Starlink” peyk internetindən istifadə etməyə davam edəcəklər.

Azpost.info xəbər verir ki, Pentaqon “SpaceX”lə xidmətlərin haqqını ödəməyə razılaşdığını açıqlayıb.

“Peyk rabitəsi Ukraynanın rabitə şəbəkəsinin mühüm hissəsini təşkil edir və nazirlik bu növ xidmətin göstərilməsi üçün “Starlink”lə müqavilə bağlayıb”, – Pentaqondan bildiriblər.

Sövdələşmənin həcmi və şərtləri barədə məlumat verməyib. Lakin qeyd edilib ki, Ukraynada yüzlərlə “Starlink” terminalının hər ay dəyişdirilməsi tələb olunur.

“Financial Times” yazır ki, xidmətlərin Ukraynaya silah tədarükünü və onun hərbi personalının hazırlanmasını maliyyələşdirən fonddan ödəniləcəyi gözlənilir.

Mask müharibənin başlamasından iki gün sonra Ukraynaya “Starlink” xidmətləri göstərib. Lakin oktyabr ayında o, onların xərclərinin ayda 20 milyon dollara yaxınlaşdığını və şirkətin ən azı 20.000 terminalı qeyri-müəyyən müddətə işlək vəziyyətdə saxlaya bilməyəcəyini bəyan etdi. Pentaqon daha sonra Maskla danışıqlara başladı və o da bu xidməti maliyyələşdirməyə davam edəcəyini açıqladı.

Azpost.info

 

Əvvəlki məqalə

5 ayda neftdən 1,3 milyard manat əlavə gəlir qazanmışıq –

Sonrakı məqalə

İş yerlərinin açılması məsələsi dövlətin üzərində olmamalıdır