Ukrayna və Rusiya arasında danışıqlar bazar ertəsi başlanacaq

rus numa
 Ukrayna və Rusiya nümayəndə heyətinin Belarusda görüşü bazar ertəsi başlana bilər. 
Azpost.info bildirir ki, bu barədə danışıqların təşkilatçılarına yaxın olan belaruslu politoloq Yuri Voskresenski RİA-ya deyib.
Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti Polşa ərazisi ilə təyin edilmiş yerə gələcək.
“Ukrayna nümayəndə heyəti təhlükəsizlik səbəbindən Qomelə gələ düz yolla yox, Polşadan keçərək Brestdəki “Varşava körpüsü” buraxılış məntəqəsindən gələcək”.

Politoloq deyib ki, Ukrayna nümayəndə heyəti 4-5 nəfərdən ibarətdir. Bura XİN rəhbərinin müavini, hərbi -siyasi dairələrin nümayəndələri, o cümlədən hakim “Xalqın xidmətçisi” partiyasının fraksiya rəhbəri David Araxmiya daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir