“Ukrayna və Gürcüstanın heç vaxt NATO üzvü olmayacağı barədə təminat verməlidirlər” –Rusiya XİN

“Rusiyaya Ukrayna və Gürcüstanın heç vaxt NATO-ya üzv olmayacağına dair dəmir-beton təminat lazmdır”. 
Azpost.info bildirir ki, bu sözləri strateji təhlükəsizliklə bağlı Cenevrədə keçirilən ABŞ-Rusiya danışıqlarından sonra keçirilən mətbuat konfransında xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
“Bu bizim üçün çox vacibdir: Əmin olmalıyıq ki, Ukrayna heç vaxt NATO üzvü olmayacaq. Biz istəyirik ki, 2008-ci ildə NATO-nun Buxrest və Madrid sammitlərində qəbul edilmiş formul ləğv edilsin və belə yazılsın: Ukrayna və Gürcüstan heç vaxt Şimal Alyansının üzvü olmayacaqlar”-deyə o vurğulayıb.
“Bağlı qapılar arxasında danışıqlardakı yarımçıq vədlər, boş danışıqlar bizi bezdirib. Biz qarşı tərəfə etibar etmirik. Bizə vədlər yox, dəmir-beton kimi, hüquqi əhəmiyyəti olan təminatlar lazımdır. Məhz vədlər yox, təminatlar…”Bunu etməyə borcludur”, “etməlidir”, “heç vaxt NATO-ya üzv olmayacaq” kimi təminatlar…Bu Rusiyanın milli təhlükəsizlik məsələsidir”-deyə Ryabkov vurğulayıb.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Vaşinqton heç kimə NATO-nun qapılarını bağlamağa icazə verməyəcək” –

Sonrakı məqalə

“Vəziyyət çox təhlükəlidir, məsələni təxirə sala bilmərik” –