“Vaşinqton heç kimə NATO-nun qapılarını bağlamağa icazə verməyəcək” –ABŞ dövlət katibinin müavini

“Vaşinqton heç kimə NATO-nun qapılarını digər ölkələrin üzünə bağlamasına icazə verməyəcək”
Azpost.info bildirir ki, bu sözləri strateji sabitliklə bağlı bu gün Cenevrdə keçirilən ABŞ-Rusiya danışıqlarından sonra Ameika nümayəndə heyətinin rəhbəri Uendi Şerman mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, ABŞ bununla bağlı adı çəkilən digər ölkələrin iştirakı olmadan məsələni müzakirə etməyəcək.
Şerman bildirib ki, ABŞ Rusiya ilə raketlərin yerləşdirilməsi və böyük miqyaslı hərbi təlimlərə qarşılıqlı məhdudiyyətin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə etməyə hazırdır.
Bağlı qapılar arasında görüş 7,5 saat çəkib.
Rusiya nümayəndə heyətinə XİN nazir müavini Ryabov və Müdafiə Nazirinin müavini Aleksandr Fomin, ABŞ nümyəndə heyətinə isə dövlət katibinin müavini Uendi Şerman rəhbərlik edib.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ NATO-nun genişlənməyəcəyi barədə Rusiyaya təminat verməkdən imtina edib –

Sonrakı məqalə

“Ukrayna və Gürcüstanın heç vaxt NATO üzvü olmayacağı barədə təminat verməlidirlər” –