“Ukrayna və Rusiya XİN rəhbərlərinin görüşünü təşkil etməyə hazırıq” –
Ankara Ukrayna ərazisində müharibəni dayandırmaq üçün lazım olan hər şeyi etməyə, o cümlədən Ukrayna və Rusiya XİN rəhbərləri Dmitri Kuleba və Sergey Lavrov arasında görüş təşkil etməyə hazırdır.
Azpost.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Çavuşoğlu qeyd edib ki, Ankara həm Rusiya, həm də Ukrayna ilə təmasları davam etdirir: “Şərtlər imkan verərsə, 11-13 martda Antalyada Diplomatik Forum çərçivəsində Lavrov və Kuleba arasında görüş təşkil etməyə hazırıq”.
Nazir Türkiyənin hava məkanını Rusiyaya bağlamayacağını da bəyan edib: “Türkiyənin hava məkanının açıqlığı strateji və humanitar baxımdan vacibdir”. Çavuşoğlunun sözlərinə görə, Ankara Moskva ilə Türkiyə vətəndaşlarının bir hissəsinin Rusiya ərazisi vasitəsilə Ukraynadan çıxarılması məsələsini müzakirə edir.
Azpost.info
