“Microsoft” Rusiyanı tərk etdi

“Microsoft” korporasiyası Rusiyadan çıxdığını elan edib.
Azpost.info xəbər verir ki, bu barədə şirkətin bəyanatında bildirilir. “Bu gün biz Rusiyada “Microsoft” məhsul və xidmətlərinin bütün yeni satışlarını dayandırdığımızı elan edirik”, – şirkətin prezidenti Bred Smit deyib.
“Microsoft” bəyan edir ki, hazırda Ukraynanın kibertəhlükəsizliyi şirkət üçün ən mühüm istiqamətdir: “Bunun üçün müvafiq strukturlara fəal şəkildə kömək edir və kiberhücumları dəf edirik. Ukraynadakı işçilərimizlə daimi əlaqə saxlayırıq və müxtəlif formatlarda dəstək təklif edirik”.
“Microsoft”un qərarına Ukraynadakı vəziyyət səbəb olub. Şirkət öz işini ABŞ hökuməti, Avropa İttifaqı və Britaniya ilə əlaqələndirdiyini bildirib.
Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ukrayna və Rusiya XİN rəhbərlərinin görüşünü təşkil etməyə hazırıq” –

Sonrakı məqalə

BBC Rusiyada fəaliyyətini dayandırdı