“Qəzza və Ukraynadakı münaqişələr mümkün qədər tez həll edilməlidir, lakin onların həlli əks yanaşmalar tələb edir”.
Azpost.info xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
XİN rəhbərinin sözlərinə görə, Ukraynada atəşkəs və sülh müqaviləsinin bağlanması zəruridir. Qəzzada isə İsrail Fələstinin HƏMAS hərəkatını məğlub etməlidir.
O qeyd edib ki, dinc sakinlərin həyatını xilas etmək prioritet məsələdir: “Müharibə nə qədər uzun sürərsə, bir o qədər çox dinc sakin həlak olacaq”.
Nazir əlavə edib ki, bu münaqişələrdən hər hansı biri bir ölkənin hüdudlarından kənara çıxarsa, başqa dövlətlər də bu münaqişəyə cəlb olunacaq. Belə bir vəziyyət də asanlıqla üçüncü dünya müharibəsinə gətirib çıxara bilər.
Azpost.info