Ukraynada 32 mindən çox rus əsgəri həlak olub- "Mediazona"

Ukraynada ən azı 32 164 rus əsgəri həlak olub.

Azpost.info xəbər verir ki, bu barədə BBC və “Mediazona” məlumat yayıb.

Məlumata görə, Ukrayna silahlı qüvvələrinin əks-hücum əməliyyatı zamanı azı 1910 nəfər həlak olub.

Cəbhəyə gedənlər arasında ölənlərin çoxu məhbuslar olub. 6073 məhkumun adı məlumdur ki, onların əksəriyyəti “Vaqner” də daxil olmaqla özəl hərbi şirkətlərin sıralarında xidmət edib.

Rusiya Müdafiə Nazirliyininxətti ilə səfərbər olunan “Fırtına” dəstəsi kimi məhbus qrupları arasında da ölənlər var.

İtkilərin sayına görə ikinci yerdə səfərbər olunanlar gəlir. Səfərbərliyin başlanmasından bir ildən az müddət ərzində adları araşdırma müəlliflərinə məlum olan 3613 nəfər həlak olub.

Zabit korpusu da ciddi itkilər verməkdə davam edir. 2440 komandirin öldüyü məlumdur.

Azpost.info

Əvvəlki məqalə

Polşa da Rusiya avtomobillərinin ölkəyə girişinə qadağa qoyur

Sonrakı məqalə

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib