Böyük Britaniyanın “Sky News” telekanalının 5 müxbiri Ukraynada yaralanıb.
Böyük Britaniyanın Baş naziri Boris Conson məlumat verib.
O, Rusiyanın azad mediaya təzyiqlərini qınayıb.
Bildirilib ki, reportyorların hərəkətdə olduqları avtomobilə atəş açılıb. Məlumata görə, onlara hücum edən Rusiyanın kəşfiyyat bölüyü olub.
Qeyd edək ki, daha əvvəl BBC, CNN və “Bloomberg” ölkədə fəaliyyətlərini müvəqqəti dayandırdıqlarını bildirmişdilər.