Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri ölən və yaralanan “Vaqner” muzdlularının sayı 30 mini keçib.
Azpost.info xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Con Kirbi bildirib.
Ümumilikdə, Ağ Evin hesablamalarına görə, 9 min muzdlu ölüb. Onların təxminən yarısı keçən il dekabrın ortalarından bəri həlak olub.
Kirbinin sözlərinə görə, dekabrda öldürülənlərin təxminən 90 faizi Rusiya həbsxanalarından cəlb edilən muzdlulardır.
Azpost.info
