“Avropa maraqlı olarsa, Ukraynada bir neçə gün ərzində sülh əldə oluna bilər”.
Azpost.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“Bu gün bu münaqişə haqqında çox danışılır. Eyni zamanda, bir çox insanlar, xüsusilə də avropalılar yer üzündə sülhün olmasını istədiklərini deyirlər. Əgər avropalılar bunu səmimiyyətlə istəsələr, bir neçə gün ərzində sülh əldə oluna bilər. Mən bir daha bəyan edirəm və avropalılara xəbərdarlıq edirəm – bir daha düşünün və yer üzündə sülhün olması üçün hər şeyi edin”, – Lukaşenko bildirib.
O əlavə edib ki, belaruslar öz tarixlərində heç vaxt heç kimə hücum etməyiblər və etməyəcəklər.
Azpost.info
